Keçmiş futbolçusu “Mançester Siti”ni məhkəməyə verib

2021-ci ilin avqustunda müdafiəçi Benjamin Mendi cinsi xarakterli cinayətlərdə ittiham edilib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, məhkəmə uzun çəkib, çünki bir sıra epizodları əhatə edib. Proseslərdən sonra Mendi təqsirli bilinməyib.

“Mançester Siti” bu ittihamlardan sonra fransalı futbolçunu komandadan uzaqlaşdırıb və maaşını ödəməyi dayandırıb. İttihamlar aradan qaldırılanda 30 yaşlı müdafiəçinin “şəhərlilər”lə müqaviləsi artıq başa çatmışdı.

Mendi “Mançester Siti”ni məhkəməyə verib. O, cəzasından 11,5 milyon funt-sterlinq ödənilməmiş maaş istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button