Qavi həkimlərdən razılıq alıb
“Barselona”nın yarımmüdafiəçisi Qavi çarpaz bağ nahiyəsindən aldığı zədədən sağalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçən ilin noyabrından oynamayan ispaniyalı futbolçu meydana qayıtmağa hazırdır.
Qavi həkimlərdən razılıq alıb. Komandanın çalışdırıcısı Hans-Diter Flik fiziki hazırlıq məşqçiləri ilə birgə tədricən 20 yaşlı yarımmüdafiəçini tam matç yüklərinə hazırlayacaq.
“Barselona” oktyabrın 20-də La Liqanın 10-cu turu çərçivəsində “Sevilya” ilə qarşılaşacaq. Komandanın məşqçilər heyətinin qarşıdakı matçda Qavini meydana buraxıb-buraxmayacağı hələ məlum deyil.
İspaniya çempionatının turnir cədvəlinə 24 xalla “Barselona” başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin