Qvardiola da Qurban Qurbanov kimi şikayətləndi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının yeni formatından razı deyil.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bu dəyişiklikləri başa düşmədiyini bildirib:

“Düzünü desəm, bu dəyişiklikləri başa düşmürəm, sadəcə komandamın məşqini keçirəm. Düşünürəm ki, yeni formatın uğuru ilə bağlı bu suala yalnız mövsümün sonunda cavab verə biləcəyik”.

Çoxdan tanış olan qrup mərhələsinin əvəzinə bu mövsümdən etibarən Çempionlar Liqasında ümumi mərhələ keçirilir. Bütün komandalar bir cədvəldə birləşir. Ən güclü 8 iştirakçı birbaşa 1/8 finala vəsiqə qazanır, 9-dan 24-cü yerlərə kimi tutan komandalar isə əlavə pley-off mərhələsində oynayacaqlar.

Bu arada, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da daha əvvəl avrokuboklarda format dəyişikliyindən şikayətlənmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button