MS idman direktoru postunu portuqaliyalıya tapşıracaq

Lissabon “Sportinq”inin idman direktoru Uqo Viana “Mançester Siti”də oxşar vəzifə tutacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq razılığa gəliblər. 41 yaşlı portuqaliyalı funksioner yeni vəzifəsinin icrasına 2025-ci ilin yayında başlayacaq.

“Şəhərlilər”in hazırkı idman direktoru Çiki Beqiristayn 2024/25 mövsümünün sonunda klubu tərk edəcək. İspaniyalı funksioner 2012-ci ildən “Mançester Siti”də işləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button