Deşam İsrail üzərindəki qələbədən danışdı

Millətlər Liqasının qrup mərhələsində İsrail millisini 4:1 hesabı ilə məğlub edən Fransa yığmasının baş məşqçisi Didye Deşam bu görüşlə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı çalışdırıcı qələbədən sonra komandanın uğurlarını aşağılamayacağını bildirib:

“Yaxşı nəticə oldu. Rəqib yeganə şansdan istifadə edərək qol vura bildi. Qələbədən sonra komandanın uğurlarını aşağılamayacam. Bu rəqibin Belçikadan güclü olduğunu deyə bilmərəm. Lakin bu, qələbənin əhəmiyyətini azaltmır”.

Fransa yığması Millətlər Liqasında növbəti matçında oktyabrın 24-də səfərdə Belçika millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button