Dembele ilə baş məşqçi arasındakı münaqişənin səbəbi məlum olub

PSJ-nin vingeri Osman Dembele ilə baş məşqçi Luis Enrike arasında baş verən münaqişənin təfərrüatları məlum olub.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, fransalı oyunçu ilə baş məşqçi arasında ilk gərgin vəziyyət mövsümün əvvəlində yaranıb. Belə ki, Enrike portuqaliyalı yarımmüdafiəçi Vitinyonu əsas penalti vuran təyin edib ki, bu da onunla Dembele arasında münaqişəyə səbəb olub.

Dembele bu qərarı anlamayıb və “Havr”la oyundan (4:1) sonra narazılığını açıq şəkildə bildirib.

İspaniyalı çalışdırıcı bu yaxınlarda “Renn”lə görüşün (3:1) sonunda onu meydandakı eqoizminə görə tənqid edib. Dembele də Enrikenin bəzi taktiki göstərişlərindən məyus olub. O, bu göstərişlərin onun azadlığını lazımsız şəkildə məhdudlaşdırdığına inanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button