“Gündən-günə daha yaxşı olacağıq” – “Sumqayıt”ın basketbolçusu

“Sumqayıt” klubunun basketbolçusu Sadettin Donat yeni mövsümə hazırlığı dəyərləndirib.

Komanda.az xəbər verir ki, Azərbaycan mlllisində də çıxış edən 23 yaşlı basketbolçu Sumqayıt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında qarşıya qoyulan məqsədlərdən danışıb. O, komandanın yer aldığı B qrupunda 1-ci pilləni hədəflədiklərini söyləyib:

“Azərbaycanda ilk mövsümümü keçirəcəm. Hazırda “Sumqayıt” məşqlərini davam etdirir. Taktiki məşğələlər keçirik, oyunçular bir-birini tanımağa çalışırlar. Baş məşqçimiz bizə çox kömək edir. Yeni komandayıq, hələ sıralarımıza qoşulanlar da olacaq. Fikrimcə, gündən-günə daha yaxşı olacağıq. Çempionatın startına qədər iki hazırlıq oyununda qüvvəmizi sınayacağıq. Hədəflərə gəlincə, öz qrupumuzda 1-ci yeri tutmaq və pley-offa vəsiqə qazanmaq istəyirik”.

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button