“Sumqayıt” ABŞ-dan olan daha bir basketbolçu ilə anlaşıb

“Sumqayıt” heyətini yeni basketbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 185 sm boya malik 29 yaşlı oyun qurucusu Kaelen Melounla 1 illik müqavilə imzalayıb.

ABŞ-lı basketbolçu buna qədər ölkəsinin “Uçita Steyt Şokers”, “Oral Roberts Universiti” və Kiprin “APOP Pafu” klublarında çıxış edib.

O, ötən mövsüm Sloveniyanın “Terme Olimiya” komandasının şərəfini qoruyub.

Buna qədər “Sumqayıt” daha 3 amerikalı basketbolçunu (Derrik Nyuton, Calen Houkins və Ceylon Klark) heyətinə cəlb edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button