Kimmix razıdır

“Bayern”in yarımmüdafiəçisi Coşua Kimmix yeni baş məşqçi Vensan Kompani ilə işləməkdən razıdır.

Komanda.az “BR 24”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, baş məşqçinin fikirlərinin onun üçün çox faydalı olduğunu bildirib:

“Baş məşqçinin fikirləri mənim üçün çox faydalıdır. Təbii ki, onun məni yarımmüdafiədə gördüyünü müşahidə edirəm. Bununla belə, heç vaxt deməzdim ki, sağ cinah müdafiəçisi mövqeyi mənim üçün xüsusən də, milli komandada artıq keçmiş mərhələdir”.

Kimmixin “Bayern”lə müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Ancaq rəhbərlik onunla yeni müqavilə imzalamaq istəyir.

Daha əvvəl Kimmixin xidmətində “Barselona” və “Mançester Siti”nin maraqlı olduğu deyilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button