“Evdə “Real”a qarşı oynamaq həmişə xüsusi bir şeydir” – Qrizmann

“Atletiko”nun hücumçusu Antuan Qrizmann “Real”la baş tutacaq oyun haqda danışıb.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, bu oyunun həyəcanlı keçəcəyini bildirib:

“Evdə “Real”a qarşı oynamaq həmişə xüsusi bir şeydir. Qarşılaşmadan əvvəl paltardəyişmə otağında gərgin vəziyyət olur, meydana çıxmaq üçün səbirsizlənirsən. Komandaya yeni gələnlərə bu rəqabətin ruhunu necə izah edək? Bunu izah etmək çox çətindir. Düşünürəm ki, onlar özləri də matç ərzində bunu başa düşəcək və xüsusi ab-havanı hiss edəcəklər. Ümid edirəm ki, üç xal qazanacağıq və gözəl axşam keçirəcəyik”.

“Atketiko” La Liqanın 8-ci turunun matçında doğma stadionda “Real”ı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button