“Naxçıvan” daha bir basketbolçu ilə müqavilə bağlayıb

“Naxçıvan” daha bir basketbolçunu heyətinə qatıb.

Klubdan Komanda.az-a verilən məlumata görə, ABŞ-dan olan Deshaun Vade ilə 1 illik müqavilə imzalanıb.

25 yaşlı oyunçu son olaraq Gürcüstan A liqasında mübarizə aparan “Burji Telavi” komandasında çıxış edib.

“Naxçıvan” bundan əvvəl Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins, Ahmet Karaçelik, Papuna Kirtadze, Dmitro Juravlov və Jermain Marrou ilə yeni sözləşmə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button