“Karyeramın inkişafından məmnunam”

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes bu il “qızıl top”a namizəd olmasından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Karyeramın inkişafından məmnunam. İspaniya millisi və “Mançester Siti” ilə qələbələr gerçəkləşən arzudur. Bu, zəhmət sayəsində mümkün oldu”.

Rodri 2023/24 mövsümündə “Mançester Siti” ilə birlikdə İngiltərə Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi İspaniya millisi ilə 2024-cü il Avropa çempionatının qızıl medalına da sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button