Avropa çempionatında 10 medal
İtaliyanın Genuya şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında fərdi yarışlar başa çatıb.
Komanda.az xəbər verir ki, yarışların son günündə ikiqat Paralimpiya və dünya, yeddiqat Avropa çempionu İlham Zəkiyev (+100 kq) bu dəfə gümüş medala layiq görülüb.
Qitə çempionatında İdmançılarımız 10 medal qazanıb (bir qızıl, dörd gümüş, beş bürünc). Fərdi yarışlarda milli komandamız medalların sayına görə ikinci, əyarına görə isə dördüncü yeri tutub.
Beləliklə, Xanım Hüseynova qızıl, İlham Zəkiyev, Bayram Mustafayev, Dürsədəf Kərimova, Sevda Vəliyeva gümüş medal qazanıb. Kənan Abdullaxanlı, Hüseyn Rəhimli, Namiq Abbaslı, Ramil Qasımov və Səbinə Abdullayeva bürünc medal əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin