AFFA 2-ci Liqanın 2 klubuna texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi 2-ci Liqada çıxış edən “Hypers Guba” və “Sheki City” komandalarına 0:3 hesablı texniki məğlubiyyət verib.

Komanda.az xəbər verir ki, hər iki komanda 1-ci turun matçında protokolda adı olmayan futbolçunun meydana çıxmasına görə cəzalanıb.

“Hypers Guba” “Saatlı-Araz”la görüşdə Hakan Həsənovun, “Sheki City” isə “Şəmkir”lə matçda Ramin Məmmədovun oynamasına şərait yaradıb.

Bölgə təmsilçiləri bu səbəbdən 400 manat cərimələniblər.

“Hypers Guba” rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. “Sheki City” isə üç cavabsız qolla məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button