Səudiyyə Ərəbistanı klubu Osimhendən əl çəkmir
“Napoli”nin hücumçusu Viktor Osimhen “Əl-Əhli”yə keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu nigeriyalı futbolçunu transfer etməyə hazırdır.
Ərəblər onun müqaviləsinə 50 milyon avrodan aşağı satınalma şərti daxil edə bilərlər. Ancaq bir nüans var: belə ki, bu seçim yalnız iki mövsümdən sonra həyata keçiriləcək. Belə olan halda, Osimhenin böyük problem olmadan Avropa futboluna qayıtmasına imkan yaranacaq. Lakin əvvəlcə o, “Əl-Əhli”də iki il keçirməlidir.
Əvvəllər Osimhenin Səudiyyə Ərəbistanında 120 milyon avro qazana biləcəyi barədə məlumat yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin