“Yuventus” 52 milyon avroluq transferi tamamlamağa yaxındır
“Atalanta”nın və Niderland millisinin yarımmüdafiəçisi Ten Kopmeyners “Yuventus”a keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar artıq 26 yaşlı yarımmüdafiəçinin 52 milyon avroya transferi ilə bağlı razılığa gəliblər. 6 milyon avro isə bonus olaraq ödənə bilər. Sabah niderlandlı futbolçu Turin klubunda tibbi müayinədən keçməlidir.
Kopmeyners 2021-ci ilin avqustunda “AZ Alkmar”dan 14 milyon avroya “Atalanta”ya gəlib. O, bu müddət ərzində İtaliya klubunun heyətində 129 oyun keçirib, 29 qol vurub və 15 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin