“Fənərbaxça” Rizədə darmadağına sevindi
Türkiyə Super Liqasında 3-cü turun növbəti oyunları keçirilib.
Komanda.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.
“Kasımpaşa” – “Adana Dəmirspor” matçında qalib müəyyənləşməyib. “Antalyaspor” evdə “Hatayspor” üzərində əzmkar qələbəyə sevinib. “Rizəspor”un qonağı olan “Fənərbaxça” da darmadağına sevinib.
Bu turun “Qalatasaray” – “Qaziantep”, “Samsunspor” – “Başakşəhər” və “Trabzonspor” – “Kayserispor” oyunları təxirə salınıb. “Beşiktaş” isə bu həftə məcburi istirahət edib.
Türkiyə Super Liqa
3-cü tur
23 avqust
Alanyaspor – Göztəpə 1:1
Qollar: Y.Özdemir, 48 – Heliton, 45.
24 avqust
Sivasspor – Eyüpspor 0:1
Qol: A.Kutucu, 8.
Bodrumspor – Konyaspor 3:1
Qollar: A.Demirbağ, 28-öz qapısına. Puşkaş, 40. K.Özer, 88-pen – Pedrinyo, 45+4.
25 avqust
Kasımpaşa – Adana Dəmirspor 2:2
Qollar: Hayradinoviç, 30. Da Kosta, 59 – Y.Barasi, 65. Manev, 90+3.
Antalyaspor – Hatayspor 3:2
Qollar: Kelven, 60. Djenepo, 66. Samudio, 90+4-pen – Strandberq, 26-pen; 32.
Rizəspor – Fənərbaxça 0:5
Qollar: Fred, 15; 60; 64. Dzeko, 53. Alikulov, 66-öz qapısına.
Bizi Facebook-da izləyin