AFFA hakimlərə təşəkkürnamə payladı
AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən seminardan sonra hakimlərə təşəkkürnamə paylanılıb.
Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, gün ərzində seminarda iştirak edən hakimlərin nəzəri-praktik, eləcə də fiziki hazırlığı qiymətləndirilib.
Sonda iştirakçılara AFFA Hakimlər Departamentinin təşəkkürnamələri təqdim olunub.
Avqustun 19-dan 22-dək keçirilən seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin