Premyer Liqa klubu Trippyer üçün hərəkətə keçib

“Nyukasl”ın müdafiəçisi Kiran Trippyer komandanı tərk etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun daimi oyun praktikası alacağı kluba keçmək istədiyi bildirilir. Belə ki, “Everton” onun mümkün icarəsi ilə bağlı artıq “Nyukasl”la əlaqə saxlayıb.

33 yaşlı oyunçunun “Nyukasl”la müqaviləsi bu mövsümün sonuna qədərdir.

Trippyer ötən il bütün turnirlərdə iştirak etdiyi 39 matçda 1 qol vurub, 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button