“Yuventus”u tərk etmək istəmir – Polşalı hücumçu

“Yuventus”un hücumçusu Arkadiuş Milik bu transfer dönəmində komandasını tərk etmək istəmir.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin klubunun forvardı yeni baş məşqçi Tiaqo Mottanı öz oyunu ilə razı salmaq istəyir.

İtaliyalı mütəxəssis daha əvvəl “Napoli”nin sabiq hücumçusunun xidmətinə ehtiyacı olmadığına qərar vermişdi. Bununla belə, polşalı futbolçu baş məşqçini razı salacağını düşünür.

Bundan əvvəl “Yuventus” rəhbərliyinin Miliki satmağa hazır olduğu bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button