“Qarabağ” “Linkoln”a böyük hesabla qalib gəldi, ÇL-də mərhələ adladı
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı komanda bu turnirinin 2-ci təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”u bu dəfə doğma meydanda sınağa çəkib.
Azərbaycan və Cəbəllütariq çempionları arasındakı cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Xatırladaq ki, ağdamlılar Cəbəllütariqdəki görüşdə 2 cavabsız qola sevinmişdilər. Ev oyununda isə 5:0 hesabıyla qalib gələn Ağdam klubu ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib.
“Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub olan tərəf – “Linkoln” da Avroliqanın 3-cü təsnifat mərhələsində məhz “Lüdoqorets” – “Dinamo” cütünün uduzanı ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
30 iyul
Qarabağ – Linkoln 5:0
Qol: Olavio Juninyo, 17; 31; 44. Yassin Benzya, 66. Leandro Andrade, 72.
Hakimlər: Yakob Sundberq, Deniz Yurdakul, Viktor Skitte, Yakob Karlsen (hamısı Danimarka).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 2:0.
Qarabağ: 97. Fabian Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo.
Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2.Mateus Silva, 20. Riçard Almeyda, 24.Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19.Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Linkoln: 1. Nauzet Santana, 5. İbrahim Ayu, 6. Bernardo Lopes (k), 15. Rafael Munyos, 24. Con Serqeant, 21. Nano, 8. Mustafa Yahaya, 22. Qrem Torrilya, 11. Julian Valarino, 17. Pedro Martin, 20. Etan Britto.
Ehtiyat oyunçular: Villanueva, Hankins, Ayeş, Yahaya, Qomez, Martin, Klinton, Cid, Çiortino, Burnet, Villakanas.
Baş məşqçi: Xavyer Munyos.
Bizi Facebook-da izləyin