“Sabah” – “Makkabi” matçına satılan bilet sayı açıqlanıb

“Sabah” və İsrailin “Makkabi” (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmaya 4500 bilet satılıb.

Biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

“Sabah” və “Makkabi” arasında cavab matçı avqustun 1-də Masazırda, “Bank Respublika Arena”da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button