“Sabah” – “Makkabi” matçına nə qədər bilet satılıb?

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah” – “Makkabi” (Hayfa, İsrail) oyununa bilet satışı davam edir.

Komanda.az “Sabah”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna 2500 bilet satılıb.

Biletləri “iticket.az” saytından, həmçinin “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək olar.

İyulun 1-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Makkabi” matçı saat 20:00-da başlayacaq. “Sabah” ilk oyunda İsrail klubunu 3:0 hesabıyla məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button