Mbappeyə elektrikli BMW verilib
Kilian Mbappe bu yaxınlarda “Real”ın oyunçusu kimi təqdim olundu.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubu Mbappeyə lüks avtomobil – elektrikli BMW i7 M70 xDrive təqdim edib. İki mühərrik bu avtomobili 660 at qüvvəsi ilə təmin edir və o 100 km/saat sürəti 3,7 saniyəyə yığa bilir.
Avtomobilin bir çox komfort xüsusiyyətləri var: məsələn, sensor paneldən masaj, ventilyasiya, isitmə və s. Lakin sürücülük vəsiqəsi olmadığı üçün, Mbappe BMW-dən yalnız sərnişin kimi istifadə edə biləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin