“Çelsi”dən ayrılan futbolçu Fransa klubuna keçib – Rəsmi
“Çelsi” ilə müqaviləsinə xitam verən mərkəz müdafiəçisi Malanq Sarr karyerasını Fransa çempionatında davam etdirəcək.
Komanda.az Liqa-1 klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Lans”a keçib. O, fransızlarla 2 illik müqavilə imzalayıb.
Sarr “Çelsi”nin heyətində 21 oyun keçirib, qol vurmayıb. Fransalı futbolçu əvvəllər “Nitsa”, “Portu” və “Monako”da çıxış edib.
“Lans” Fransa çempionatının ötən mövsümündə 34 matçda 51 xal toplayaraq, turnir cədvəlini 7-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin