AÇ-2024: “Heyrətamiz azarkeşlərimizə təşəkkür etmək istərdik”

2024-cü il Avropa çempionatının final matçında İngiltərə yığması İspaniya millisinə məğlub olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu uğursuzluqdan sonra İngiltərə millisinin mətbuat xidməti azarkeşlərə müraciət edib:

“Biz çempionat boyu göstərdikləri dəstəyə görə heyrətamiz azarkeşlərimizə təşəkkür etmək istərdik”.

Avropa çempionatının final matçı Berlindəki stadionda baş tutub və İspaniyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İspanların qollarını Niko Uilyams və Mikel Oyarsabal vurub. Rəqib komandanın heyətində isə Koul Palmer fərqlənib.

İspaniya millisindən Rodri Hernandes turnirin ən yaxşı futbolçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button