“Valensiya” gürcü futbolçunu satmağa hazırlaşır
“Valensiya” klubu qapıçısı Giorgi Mamardaşvilini yay transfer pəncərəsində satmağa hazırlaşır.
Komanda.az “Sport Witness”-ə istinadən xəbər verir ki, İngiltərə “Nyukasl”ı 23 yaşlı qolkiperlə maraqlanan klublar arasındadır.
Əvvəllər bildirilib ki, gürcüstanlı futbolçu PSJ-nin də maraq dairəsindədir.
Mamardaşvili bu mövsüm İspaniya çempionatında 36 oyun keçirib, onlardan 14-də qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin