“Yuventus” Alleqrini istefaya göndərdi
“Yuventus” baş məşqçisi Massimiliano Alleqrini istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilib ki, qərar mütəxəssisin İtaliya kubokunda “Atalanta” ilə oyunun finalı zamanı və sonrasında klubun dəyərlərinə və onu təmsil edənlər tərəfindən qəbul edilməsi gözlənilən davranışa uyğun gəlməyən müəyyən hərəkətinə görədir.
Xatırladaq ki, 90+3-cü dəqiqədə Alleqri matçın baş hakimi Fabio Mareskanın “Yuventus”un müdafiəçisi Bremerə dərhal qayda pozuntusu qeydə almamasından son dərəcə narazı qalıb. Bundan sonra italiyalı mütəxəssis gödəkçəsini cırıb, ehtiyat hakimin yanına qaçıb və onun üzünə qışqırmağa başlayıb. Buna görə o, qırmızı vərəqə alıb. Alleqri eyni zamanda, “Tuttosport” jurnalistini tribunaların altındakı otaqda hədələyib.
Alleqri 2021-ci ilin mayından Turin klubunun baş məşqçisi vəzifəsində çalışırdı. Bu müddətdə onun rəhbərliyi altında “Yuventus” bütün turnirlərdə 149 oyuna çıxıb, 80 dəfə qalib gəlib, 34 dəfə heç-heçə edib, 35 dəfə məğlub olub.
Xatırladaq ki, Turin təmsilçisi “Atalanta”ya 1:0 hesabı ilə qalib gələrək, kuboka yiyələnib.
Bizi Facebook-da izləyin