AFFA-dan hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

AFFA-nın İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Kəpəz-2”nin futbolçusu Nicat Məmmədovu 4 oyunluq cəzalandırıb.

Komanda.az xəbər verir ki, buna səbəb Məmmədovun matçın 40-cı dəqiqəsində hakimi təhqir etməsi olub.

Futbolçunun bu hərəkətinə görə “Kəpəz-2” 300 manat cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button