Luis Enrike: “Mbappe ilə işləmək xoş idi”
PSJ-nin baş məşqçisi Luis Enrike Kilian Mbappe klubdan ayrılmazdan əvvəl keçirdiyi son ev oyunu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Bugünkü oyunda nə baş verdiyini izah etmək çətindir. Biz “Tuluza”dan tamamilə geri qaldıq. Mbappe? Onunla işləmək xoş idi. O, nümunəvi oyunçudur”.
PSJ Fransa Liqasının 33-cü turu çərçivəsində “Tuluza”ya 1:3 hesabı ilə məğlub olub.
Paris komandası mayın 25-də Fransa kubokunun finalında “Lion”a qarşı oynayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin