“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı
Türkiyə Super Liqasında 35-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.
“Qaziantep” – “Hatayspor” matçında qalib müəyyənləşməyib. Hatay təmsilçisinin azərbaycanlı hücumçusu Renat Dadaşov sonadək ehtiyatda qalıb.
“Başakşəhər” evdə “Kasımpaşa”ya, lider “Qalatasaray” da “Sivasspor”a böyük hesabla qalib gəlib.
Türkiyə, Super Liqa
35-ci tur
3 may
Ankaragücü – Alanyaspor 1:1
Qollar: Xatsiyovanis, 10 – O.Aydın, 90+5-pen.
Beşiktaş – Rizəspor 3:2
Qollar: Kolli, 7. Raşiça, 65. Uorral, 90+7 – Olavoyin, 5. E.H.Topçu, 68.
4 may
İstanbulspor – Adana Dəmirspor 0:1
Qol: Y.Barasi, 10.
Kayserispor – Fatih Karagümrük 2:2
Qollar: Mane, 3. Morte, 64 – Fequli, 51. Markao, 60.
Samsunspor – Trabzonspor 3:1
Qollar: T.Antalyalı, 14. Marius, 28. X.Fernandes, 36-öz qapısına – Bardi, 32.
5 may
Başakşəhər – Kasımpaşa 4:1
Qollar: Pelkas, 15. Davidson, 24; 69. O.Kemen, 86 – Ben Uanes, 47.
Qalatasaray – Sivasspor 6:1
Qollar: Ziyeş, 11; 60. Mertens, 38; 73. İkardi, 59; 85 – C.Osmanpaşa, 54.
Qaziantep – Hatayspor 1:1
Qollar: Djilobodji, 11 – G.Kilama, 15.
6 may
21:00. Antalyaspor – Pendikspor
21:00. Konyaspor – Fənərbaxça
Bizi Facebook-da izləyin