“Kəpəz”də 3 aydır maaşlar verilmir? – Açıqlama

“Kəpəz”in əvəzedici komandasının üzvlərinin üç aydır ki, maaş almadığı haqda mətbuatda məlumat yayılıb.

Bununla bağlı Gəncə klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Klub rəsmisi Komanda.az-a açıqlamasında “Kəpəz”in müqavilə öhdəliklərini daim, tam qaydada yerinə yetirdiyini bildirdi:

“Klubumuz tərəfindən müqavilə öhdəlikləri daim, tam qaydada yerinə yetirilib. Əvəzedici komandada çıxış edənlər maaşlarını müqavilədə göstərilən qaydada alacaqlar. Hazırda iki aylıq gecikmə var. Bu da müvafiq dövlət proqramı çərçivəsində kluba ayrılan ödənişin müəyyən qədər yubanmasi ilə bağlıdir. Bildiyiniz kimi, klubumuzun sponsoru yoxdur. Maliyyə ilə bağlı məsələlər bəlli büdcədən gələn vəsait hesabına yerinə yetirilir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button