“İnter” 50 milyon avroluq transferə hazırlaşır
İtaliya A Seriyasında mübarizə aparan “Kalyari”nin yarımmüdafiəçisi “İnter”ə transfer olunmağa yaxındır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter”, “Kalyari”nin 22 yaşlı futbolçusu Nikolo Barellanı heyətinə qatır. İtaliyalı futbolçunun bu gün tibbi müayinədən keçiriləcəyi və rəsmi müqaviləyə imza atılacağı gözlənilir.
Barellanın ümumi dəyərinin 45 milyon avro olduğu, amma “İnter”in “Kalyari”yə bonuslarla birlikdə 50 milyon avro ödəyəcəyi bildirilir.
Keçən mövsüm A seriyasında 35 matç keçirən İtaliya millisinin üzvü, 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin