Millinin baş məşqçisi yalnız bir şərtlə “Bayern”in “sükanı arxasına” keçə bilər

“Bayern” Avstriya millisinin baş məşqçisi Ralf Ranqniklə yalnız bir şərtlə müqavilə bağlaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almanlar Ranqniki Avstriya millisindəki öhdəliklərindən azad etmək üçün təzminat ödəməlidir.

Raqnikin komandası iyun ayında Almaniyada keçiriləcək Avropa çempionatında çıxış edəcək. Çox güman ki, Ranqnik bu turnirdən sonra “Bayern”ə keçə biləcək. Onun Avstriya millisi ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button