ÇL: Noyer “Arsenal”la matçda iştirak edəcək?
“Bayern”in məşq zamanı zədələnən qapıçısı Manuel Noyerin Çempionlar Liqasının 1/4 finalında “Arsenal”a qarşı ilk oyunda meydana çıxacağı gözlənilir.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.
Oyun aprelin 9-da baş tutacaq və Londonda keçiriləcək.
Noyer 2022-ci ilin dekabrında ayağını qırıb, bundan sonra ötən payıza kimi sağalıb.
38 yaşlı qolkiper bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 9 dəfə qapısını toxunulmaz saxlaya bilib.
Noyerin “Bayern”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin