Peresin 180 milyon avroluq planı

“Real”ın prezidenti Florentino Peres “Bayern”in vingeri Maykl Olisenin transferini ciddi şəkildə nəzərdən keçirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Peres, fransalı futbolçunun transferi üçün 180 milyon avro ödəməyə hazırdır. Onun qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə, transferi təmin etmək üçün əlindən gələni edəcəyi bildirilir.

Olise 2024-cü ilin yayından bəri “Bayern”də çıxış edir. Onun Münhen klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button