“Qarabağ” “Neftçi”nin futbolçularını təhqir edən azarkeşlərə görə cərimələnib

AFFA İntizam Komitəsi “Qarabağ” klubunu 1000 manat cərimələyib.

Komanda.az xəbər verir ki, buna “köhlən atlar”ın azarkeşlərinin “Neftçi” ilə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda rəqib futbolçuları təhqir etməsi səbəb olub.

Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün paytaxt klubu 800 manat ödəyəcək. Bundan əlavə, “ağ-qaralar” 4 oyunçunun sarı vərəqə almasına görə 700 manat ödəyəcək.

Oyun “Qarabağ”ın 4:0 hesablı qələbəsi ilə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button