“Hələ heç bir qərar verməmişik” – “Bayern”in idman direktoru
“Bayern”in idman direktoru Maks Eberl Münhen klubunun hələ komandanın baş məşqçisi postuna namizədlə bağlı qərar vermədiyini bildirib. Xatırladaq ki, daha əvvəl “Bayern”in çalışdırıcısı Tomas Tuxelin bu yay klubu tərk edəcəyi məlum olmuşdu.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi məşqçi postuna namizədlə bağlı heç bir qərar vermədiklərini bildirib:
“Bu istiqamətdə işlər davam etdirilir. Amma hələ heç bir qərar verməmişik. Mən tapmacanın bu hissələrini heyət planlaması və “daxili transferlər”lə bir araya gətirməyi xoşlayıram. Mən mövcud oyunçularla müqavilənin uzadılmasından danışıram”.
“Bayern” Bundesliqanın cari mövsümündə 26 turdan sonra lider “Bayer”dən 10 xal geri qalaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin