Qvardiola: “Çox yaxşı oyun oldu”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə kubokunun 1/4 finalında “Nyukasl” üzərində qazanılan qələbəni (2:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandasının çox yaxşı çıxış etdiyini bildirib:
“Finalda qalib gəlmək üçün oynayırıq. Ancaq bunu bacarmaq üçün əvvəlki mərhələlərdə qalib gəlmək lazımdır.
Ardıcıl dörd Liqa kubokunu qazandıq və indi altıncı FA kubokunun yarımfinalındayıq. Topla çox yaxşı oynadıq. Kovacic, Rodri və Bernardo Silva topu çox yaxşı saxladılar. Çox yaxşı oyun oldu”.
“Mançester Siti” bu qələbə ilə turnirin növbəti mərhələsinə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin