Haland: “Mançester mavidir”
“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 27-ci turunun matçında “Mançester Yunayted” üzərində qələbədən (3:1) sonra Mançester şəhərini “mavi” adlandırıb.
Komanda.az xəbər verir ki, norveçli hücumçu öz sosial şəbəkə hesabında “Mançester mavidir” yazıb.
Dünən “Mançester Yunayted”lə baş tutan oyunda Haland “şəhərlilər”in son qolunu vurub. O, bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 28 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin