Amerika Kubokunda “bürünc” Argentinaya qismət oldu

Futbol üzrə Amerika Kuboku başa çatmaq üzrədi.

Komanda.az xəbər verir ki, bu gün 3-cü yer uğrunda oyun keçirilib.

Bürünc medallar uğrunda qarşılaşmada yarımfinalda məğlubiyyətlə üzləşmiş Argentina və Çili yığmaları üz-üzə gəlib.

Lionel Messinin ilk yarıda rəqib futbolçu Qari Medellə birlikdə meydandan qovulduğu görüş argentinalıların qələbəsiylə yekunlaşıb. Beləcə, Argentina yığması Amerika Kubokunun bürünc medallarına sahib çıxıb.

İyulun 7-dən 8-nə keçən gecə, saat 00:00-da isə Braziliya və Peru yığmaları finalda üz-üzə gələcək.

Amerika Kuboku, 3-cü yer uğrunda oyun

6 iyul

Argentina – Çili 2:1
Qol:
Aquero, 12. Dibala, 22 – Vidal, 59-pen.
Qırmızı vərəqə: Messi, 37 – Medel, 37.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button