“Barselona” tanınmış marka ilə əməkdaşlığı dayandırır
“Barselona” bu mövsümün sonunda “Nike” idman markası ilə əməkdaşlığı dayandıra və öz brendi altında formalar hazırlamağa başlaya bilər.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, yekun qərarın mart ayında veriləcəyi gözlənilir. Baxmayaraq ki, kluba yaxın mənbələr bu qərarın gələn həftənin əvvəlində verilə biləcəyini deyir.
“Barselona” öz brendini artıq klubun bütün qeyri-idman geyimlərini istehsal edən BLM şirkəti vasitəsilə yaratmağı planlaşdırır. Kataloniyalılar əmindirlər ki, öz brendləri “Nike” ilə əməkdaşlıqdan daha çox gəlir gətirəcək.
“Barselona” hazırda 57 xalla İspaniya çempionatının turnir cədvəlində 3-cü yerdədir. Komanda lider “Real”dan 8 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin