“Sumqayıt” Türkmənistan komandasına məğlub oldu
Bu gün “Sumqayıt” ölkəmizdə təlim-məşq toplanışında olan Türkmənistanın “Nebitçi” kollektivi ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, “Kapital Bank Arena”da keçirilən qarşılaşmada “Sumqayıt” 2:4 hesabı ilə məğlub olub.
Azərbaycan komandasının qollarını Qabil Əlizadə və Əjdər Hacılı rəqib qapısından keçirib.
Yoldaşlıq oyunundan öncə rəsmi hissə baş tutub. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda keçirilən tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev, Sumqayıt Şəhər İcra başçısının müavini Akif Quliyev, “Azərikimya” İB-nin Baş direktoru Elnur Məmmədli, Türkmənistan Respublikasının Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov, səfirliyin birinci katibi Sultan Açilov, “Sumqayıt” Futbol Klubunun vitse-prezidenti Aydın Xəlilov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir zamanı hər iki xalqın dostluq və qardaşlıq əlaqələri bir daha vurğulanıb, idman sahəsindəki əməkdaşlığın gələcək prespektivləri müzakirə edilib. Daha sonra isə rəsmilər yoldaşlıq oyununu izləyiblər.
Bizi Facebook-da izləyin