De Bruyne gələcəyi ilə bağlı qərar verib

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne gələcəyi ilə bağlı qərar verib.

Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu klubu ilə müqaviləsini uzatmaq və karyerasını 35 yaşında başa vurmaq variantını nəzərdən keçirir.

De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.

De Bruyne bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button