“Borussiya”nın futbolçusu millidə zədələnib
“Borussiya”nın (Dortmund) hücumçusu Sebastian Haller zədələnib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü Afrika Millətlər Kubokunun Nigeriyaya qarşı final matçında sıradan çıxıb. 29 yaşlı hücumçu topuğundan zədə alıb. O, bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
Haller bu mövsüm “Borussiya”nın heyətində 14 matçda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin