“Qalatasaray” Almaniya klubundan futbolçu transfer edib

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Hannover”dən Derrik Köhnü transfer edib. 25 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

“Qalatasaray” Derrik üçün Almaniya klubuna 3,350 milyon avro ödəniş edəcək.

Almaniyalı futbolçu bu mövsüm “Hannover”də 21 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button