“Fernandes heç yerə getmir”
Uriel Peres agenti olduğu “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesin klubdan ayrılacağı xəbərlərinə münasibət bildirib.
Komanda.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Peres argentinalı futbolçunun klubda qalacağını deyib:
“Fernandes heç yerə getmir. Klub sahibləri keçid zamanı layihə ilə bağlı bizimlə səmimi idilər. Yolun asan olmayacağı dərhal aydın oldu, çünki gənc oyunçuların bacarıqlarını inkişaf etdirmələri üçün vaxt lazımdır. “Çelsi” irəliləməyə başlayacaq”.
Fernandes ötən ilin yanvarında 121 milyon avroya “Benfika”dan “Çelsi”yə keçib. O, bu mövsüm komandanın heyətində bütün turnirlərdə 28 oyuna çıxıb və 5 qol vurub. Futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Bizi Facebook-da izləyin