“İnter”dən ardıcıl 3-cü çempionluq
İtaliya superkubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici oyunda “İnter” və “Napoli” qarşılaşıblar.
Oyunun taleyini bir qol həll edib. Lautaro Martinesin vurduğu qol komandasına növbəti titulu qazandırıb.
“İnter” ardıcıl 3-cü, bütövlükdə isə 8-ci dəfə superkubokun qalibi olub. Bu baxımdan rekord “Yuventus”a məxsusdur – 9.
İtaliya superkuboku
Final
22 yanvar
Napoli – İnter 0:1
Qol: Lautaro Martines, 90+1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin