MY ispan futbolçu ilə müqaviləni ləğv edəcək

“Mançester Yunayted” komandada icarə əsasında çıxış edən “Tottenhem”in müdafiəçisi Serxio Reqilonla müqaviləyə xitam verəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mançester təmsilçisi müqavilədəki əməkdaşlığın erkən dayandırılması variantını aktivləşdirmək qərarına gəlib. Klub rəhbərliyi və məşqçilər korpusu çoxdan qərara gəlib ki, yanvar ayında Reqilonla vidalaşsınlar. Futbolçunun icarə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.

Reqilon bu mövsüm “Mançester Yunayted”lə bütün turnirlərdə 12 matçda iştirak edib. Onun “Tottenhem”lə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button