Azərbaycan çempionatında sərbəst güləş üzrə yarış başa çatıb
Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı davam edir.
Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın 2-ci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Eyni zamanda yunan-Roma güləşçiləri xalça üzərinə çıxıb.
Ümumilikdə 7 çəkidə qaliblər müəyyənləşib.
Sərbəst güləş
86 kq
- Maqomed-Taxir Xaniyev (AGF)
- Arseniy Djioyev (AGF)
- Əli Nurov (AGF), Sadiq Mustafazadə (İmişli)
92 kq
- Şamil Zubairov (AGF)
- Anar Cəfərli (Neftçi)
- İbrahim Yusubov (Zenit), Abdulcəlil Şabanov (Abşeron, “Neftçi”)
97 kq
- Hacımurad Maqomedsaidov (AGF)
- Rəvan Musayev (Olimpsport)
- Zəfər Əliyev (Masallı), Aslan Abakarov (AGF)
125 kq
- Vaxit Qalayev (AGF)
- Yusif Dursunov (Neftçi)
- Aydın Əhmədov (Abşeron, “Neftçi”), Ayxan Mərdanov (Şəmkir)
Yunan-Roma güləşi
55 kq
- Rəşad Məmmədov (Şəmkir, “Neftçi”)
- Tural Mehtiyev (Şirvan)
- Elmir Əliyev (Neftçi), Hüseyn Qəribov (Pəhləvan)
60 kq
- Nihad Quluzadə (Neftçi)
- Ziyad Zeynalov (Neftçi)
- Sakit Quliyev (Neftçi), İlkin Qurbanov (MİK)
63 kq
- Ziya Babaşov (Cəlilabad, “Neftçi”)
- Nihat Məmmədli (Neftçi)
- Şamil Sultanəliyev (Məhsul), Fərid Baxışlı (Spartak)
Sabah yunan-Roma güləşi üzrə son 7 çəkidə Azərbaycan çempionları müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin